Bakıda mənzildə qadın meyiti tapıldı

Bakıda mənzildə qadın meyiti tapıldı
15:55 08.03.2013
922
Bakı şəhəri, Nizami rayonunda 1938-ci il təvəllüdlü İvanova Qalina Petrovna qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən Q.İvanova hərəkətsiz vəziyyətdə aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR