Bakıda mənzildə qadın meyiti tapılıb

Bakıda mənzildə qadın meyiti tapılıb
SOSİAL
11:18 03.06.2017
1017
Bakıda mənzildə 55 yaşlı qadının meyiti tapılıb.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1962-ci il təvəllüdlü Proişe Reyhan Yuryevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR