Bakıda məşhur “avtoş”u səhvən öldürdülər - VİDEO

TOP4
22:28 18.11.2018
7329
Dünən günorta saatlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsində Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb.

AZXEBER.COM Xezexeber.az-a istinadən xəbər verir ki, o, polisə könüllü şəkildə təslim olub.

Məlumata görə, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş”larından olub və "Cabir-012” adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə Cabirə tuş gəlib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR