Bakıda məşhur restoran cərimələndi

SOSİAL
18:44 14.09.2021
407
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 400 ictimai iaşə obyektində 685 monitorinq keçirib.

AQTA-dan AZXEBER.COM-a verilən məlumata görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 58 ünvanında yerləşən, fiziki şəxs Bəkirli Elvin Malik oğluna məxsus "Barley” pub;

2. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Mehdi Firuz oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küç., ev 50/52 ünvanında yerləşən, hüquqi şəxs "Shazelı Group" MMC-yə məxsus "Pak Dad” restoranı;

4. Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 40 ünvanında yerləşən, fiziki şəxs Həsənova Əzimə Umudvar qızına məxsus dönər evi;

5. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küç., ev 114d ünvanında yerləşən, fiziki şəxs Atakişiyev Elməddin Hümbət oğluna məxsus "Urfa Sofrası” restoranı;

6. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küç., ev 74 ünvanında yerləşən, fiziki şəxs Cabbarov Ramin Tofiq oğluna məxsus "Uğur Dönər” kafesi;

7. Bakı şəhəri, Nizami rayonu, Asif Məhərrəmov küç., ev 22A, m. 74 ünvanında yerləşən, fiziki şəxs Arzu Yaşara məxsus kafe;

8. Qəbələ rayonu, Z.Əliyeva küçəsində yerləşən, fiziki şəxs Qəhrəmanov Kamil Məhəmmədiyə oğluna məxsus çay evi;

9. Lənkəran şəhəri, M.M.Axund küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Nurullayev Arzuman Ələkbər oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 25.09.2021

Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir

23:30 24.09.2021

Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

23:12 24.09.2021

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

22:46 24.09.2021

Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

22:29 24.09.2021

ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

22:01 24.09.2021

Türkiyədə koronavirusa gündəlik yoluxma 27 mini ötdü

21:48 24.09.2021

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

21:37 24.09.2021

Səfir: “İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”

21:21 24.09.2021

Azad edilmiş ərazilərin bərpa və yenidənqurma mərhələsində Aİ-nin də iştirakı mümkündür

21:08 24.09.2021

Avropa İttifaqı BMT Baş Assambleyası üzvlərini pandemiya ilə mübarizəyə dair razılaşmanı dəstəkləməyə çağırıb

20:19 24.09.2021

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

19:57 24.09.2021

Əfqanıstanın yeni hökuməti Rusiyadan dəvət gözləyir

19:49 24.09.2021

Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb

19:32 24.09.2021

İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

19:19 24.09.2021

“Qarabağ”ın oyununun hakimləri açıqlandı

19:06 24.09.2021

Daha 7 müəssisədə pozuntular aşkarlandı