Bakıda məşhur restoran yanıb, 3 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB

Bakıda məşhur restoran yanıb, 3 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB
SOSİAL
10:27 22.12.2021
347
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda restoranda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.

FHN-dən AZXEBER.COM-a daxil olan məlumatda deyilir: 

"Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".
 
09:29
 
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yerləşən "Qoç ət” restoranındakı yanğınla bağlı məlumat yayıb. 

FHN-dən bildirilib ki, Nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binasında yanğın olması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. 

İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR