Bakıda məşhur şadlıq evində dava: İki ofisiant saxlanıldı

Bakıda məşhur şadlıq evində dava: İki ofisiant saxlanıldı
SOSİAL
12:54 18.07.2023
237
Bakı şəhər Babək prospektində yerləşən "Monte Karlo” şadlıq sarayında işçilər arasında kütləvi dava olub.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, orada keçirilən toy məclisindən sonra 1985-ci il təvəllüdlü Murad Musayev bıçaqlanb.

O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.

İlkin araşdırmalardan sonra hadisəni orada ofisiant işləyən Masallı sakinləri, 1993-cü il təvəllüdlü Zaur Əkbərov və qardaşı Əli tərəfindən törədilməsi müəyyən edilib. Onlar saxlanılıblar.

Faktla bağlı Nizami RPİ-nin 23-cü Polis Bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR