Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü

Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü
SOSİAL
18:09 24.08.2019
4735
Bakıda gənc oğlan itkin düşüb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, Yeni Yasamal yaşayış massivində yaşayan, 1999-cu il təvəllüdlü Mehdiyev Pilağa Radil oğlu avqustun 21-də səhər saat 05 radələrində yaşadığı evdən çıxaraq məşqə gedib.

P.Mehdiyev sonuncu dəfə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində görünsə də, bir daha evə qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR