Bakı metropolitenində yanğın hadisəsi baş verib.
Sərnişinlərin AZXEBER.COM-a verdiyi məlumata görə yanğın qatarda baş verib. Bir müddət sonra qatar tüstüləməyə başlayıb. Tüstü bir müdddət sonra qatardakı sərnişinlərin nəfəs almasını çətinləşdirib.
Sərnişinlər Gənclik stansiyasında endirilib. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib.