Bakıda məzarların üzərindən gül oğurlayıb satan dostlar danışdı - VİDEO

Bakıda məzarların üzərindən gül oğurlayıb satan dostlar danışdı - VİDEO
SOSİAL
15:06 18.03.2021
407
Paytaxtın Yasamal rayonunda yerləşən qəbiristanlıqda məzarların üzərlərinə qoyulan gül dəstələrini oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AZXEBER.COM-a məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakinləri Elşən Abduləliyev və Əli Əliyev tutularaq istintaqa təqdim olunublar.

Araşdırma zamanı onların müxtəlif vaxtlarda həmin qəbiristanlıqdan ümumi dəyəri 1300 manat olan gül dəstələrini oğurladıqları və paytaxtın müxtəlif yerlərində satdıqları məlum olub. Həmçinin saxlanılan zaman E.Abduləliyevin üzərindən bir büküm narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

Faktla saxlanılan şəxslər barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR