Bakıda su polosu və çimərlik voleybolu üçün arenalar tikiləcək.
Bu barədə "Bakı Avropa oyunları 2015"in rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, su polosu arenasında 3 min tamaşaçı yeri quraşdırılıb. Çimərlik vileybolu arenasında isə tamaşaçı yerlərinin sayı 5-6 mindir. Obyektlər 2015-ci ilə qədər istifadəyə veriləcək.


