Bakıda mobil telefon oğurlayan şəxslər saxlanıldı

Bakıda mobil telefon oğurlayan şəxslər saxlanıldı
KRİMİNAL
12:36 07.05.2025
321
Nəsimi rayonunda mobil telefon oğurlayan şəxslər saxlanılıblar

AZXEBER.COM xəbər verir ki, Nəsimi rayonu ərazisində 2 nəfər polisə müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmiş 49 yaşlı A.Əzimov və 34 yaşlı R.Əsədov saxlanılıblar.

Bundan başqa, rayon ərazisində bir nəfərin geyim mağazasından müxtəlif əşyalar, eləcə də pul oğurlayan 33 yaşlı V.Talıbov və 41 yaşlı O.Qasımov da tutulublar.

Araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR