Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM report-a istinadın xəbər verir ki, 1995-ci il təvəllüdlü Həsənov Emin Aydəmir oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.










































