Bakıda Xəzər dənizinin sahilində suiti meyitləri aşkar edilib.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, suiti meyitlərini AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı Fuad Rəhimov tapıb.
F.Rəhimov bildirib ki, noyabrın 12-də Mərdəkanda dənizin sahilində gəzişərkən iki suiti cəsədinə rast gəlib:
"Şənbə günü səhər saatlarında Mərdəkanda dəniz sahilində təmiz hava almaq məqsədilə gəzişərkən qayalıqların yanında iki suiti meyitinə rast gəldim. Dərhal da şəkillərini çəkib yaymaq qərarına gəldim ki, bununla bəlkə mənim də ətraf mühitə və ekologiyanın qorunmasına bir köməyim dəydi. İstərdim ki, həm suiti meyitləri qalıb ətrafa mikrob yayılmasın, həm də ekologiyanın qorunması və canlıların məhv edilməsinin qarşısının alınması üçün tədbirlər görülsün".
Onun sözlərinə görə, suiti meyitlərinin aşkar edildiyi ərazinin yaxınlığında istirahət mərkəzləri yerləşir. Lakin F.Rəhimovun onların ölümünün hansı səbəblə bağlı olduğu barədə məlumatı yoxdur.

