Bakıda müəmmalı hadisə: - nazirlik işçisi ağır xəsarət aldı - VİDEO

Bakıda müəmmalı hadisə: -  nazirlik işçisi ağır xəsarət aldı - VİDEO
Bütün Xəbərlər
11:23 19.09.2015
1639
Gecə saatlarında Bakının Sabunçu rayonunda müəmmalı hadisə baş verib.
 
APA TV-nin məlumatına görə, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 45 ünvanında yaşayan 44 yaşlı Yeganə Fətəliyeva yaralı vəziyyətdə xəstəxanaya gətirilib. O, yaşadığı mənzildə yıxıldığını və qarın nahiyəsinə dəmir batdığını bildirib.
 
Dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılan yaralı qadına qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yeganə Fətəliyevanın vəziyyəti ağır olduğu üçün əməliyyat olunub. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
 
Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat verilib. Polis əməkdaşları Yeganə Fətəliyevanın hansı şəraitdə xəsarət aldığını araşdırır.
 
Qeyd edək ki, müəmmalı şəraitdə xəsarət alan Yeganə Fətəliyeva nazirliklərdən birinin əməkdaşıdır.
OXŞAR XƏBƏRLƏR