Bakıda müəmmalı qaz qoxusu yayıldı - VİDEO

Bakıda müəmmalı qaz qoxusu yayıldı - VİDEO
08:16 05.02.2013
949
Xətai rayonu Qvardiya küçəsindəki müəmmalı qaz iyi Səlimovlar ailəsinə kifayət qədər qorxulu anlar yaşatmaqdadır. Ailə hər gün evlərinin yerlə yeksan olacağından ehtiyat edərək sanki yenidən ölür və yenidən dirilir. Xətai rayonu Qvardiya küçəsi, 51 ünvanında yaşayan Səlimovlar ailəsi bir aydan çoxdur ki, evlərində müəmmalı qaz qoxusu hiss edirlər. Həmin iy bəzən o qədər kəskin olur ki, gözlərdən yaş belə gəlir. Maraqlısı odur ki, həmin qaz evin yalnız qonaq və uşaqların yataq otağında yayılıb. Həmçinin həmin otaqların divarlarında və tavanında nəmişlik yaranıb. Uşaq otağında isə bu hal daha qabarıq şəkildə özünü biruzə verdiyindən ailə tavandakı nəmişliyin qarşısını almaq üçün oraya polietilendən çətir çəkib. Səlimovlar ailəsində 6 uşaq var.Ailə başçısı Nazim Səlimov evdə qoxudan qorunmaq üçün 3 uşağını qohumlarıgilə yaşamağa yollandığını bildirir. Onun sözlərinə görə, problemlə bağlı aidiyyatı orqanlara müraciət etməsinə baxmayaraq, onun dərdinə çarə tapan olmayıb.Qeyd edək ki, bu problem artıq qonşularda da hiss olunur. Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayev problemdən xəbərdar olduğunu bildirdi.Xətai RMKTB-nin baş mühəndisi Sahib Babayevin sözlərinə görə, FHN-nin əməkdaşları tərəfindən qazın zərərlilik faizi müəyyənləşəcək və daha sonra həmin ailənin o evdə yaşamağı məlum olacaq. Ola bilsin ki, hətta onlar köçürülsün.Baş mühəndis bu işlərin yaxın 1-2 gündə həyata keçiriləcəyini söylədi.
OXŞAR XƏBƏRLƏR