Bakının Nərimanov rayonunda gənc oğlanın mənzildə meyiti
Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dünən Z.Bünyadov prospektindəki mənzillərdən birində kirayə yaşayan Yardımlı rayon sakini olan 19 yaşlıÜlvi Xudiyevmüəmmalı şəkildə dünyasını dəyişib.
Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olan Ü.Xudiyevin meyitini onunla mənzildə birlikdə yaşadığı otaq yoldaşları tapıblar. Otaq yoldaşları dünən mənzilin qapısını açıb içəri girəndə Ü.Xudiyevi mətbəxdə ölmüş görüblər.
Ü.Xudiyevin ölüm səbəbləri araşdırılır. Onun dəm qazı və ya ürək tutmasından ölməsi versiyası var.