Bakıda mühafizə xidmətinin işçiləri vətəndaşları belə döydü - VİDEO

Bakıda mühafizə xidmətinin işçiləri vətəndaşları belə döydü - VİDEO
SOSİAL
11:26 28.08.2016
23127
Bura Sabunçu rayonudur. Əllərində bel ilə sakinləri vuran şəxslər "Tornado-Ş" mühafizə xidmətinin əməkdaşlarıdır.
Bunu valideynləri xəsarət alan Seymur Şahəliyev deyir. Onun sözlərinə görə, hər şey mühafizə xidmətinin əməkdaşlarının ondan evinin önündə saxladığı doberman cinsi itləri pulsuz istəməsi ilə başlayıb.
Bu danışığın üzərindən 3 gün sonra-avqustun 15-də "Tornado-Ş" mühafizə xidmətinin əməkdaşları itlərin yuvalarını dağıdırlar. Nəticədə itlər balaları ilə birgə tələf olurlar. Heyvanlardan sonra növbə insanlara gəlir.
Seymur Şahəliyev deyir ki, avqustun 16-da mühafizə xidmətinin əməkdaşları atasını bel ilə döyəndən sonra tutacaqların köməyi olmadan yeriyə bilmir.
Birinci qrup əlilliyi olan Kənan Cəfərov da zərərçəkənlərdəndir. Deyir, gözlərim görməsə də, bədənimə dəyən zərbələrin ağrısını hiss edirdim.
Seymur Şahəliyev bildirir ki, hadisədən sonra mühafizə xidmətinin əməkdaşları obyektini də söküblər. Onlar Daxili İşlər Nazirliyinin qaynar xətti ilə əlaqə saxlasalar da, indiyə kimi nazirlikdən cavab gəlməyib.
Onun sözlərinə görə, "Tornado-Ş" mühafizə xidməti Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevə məxsusdur. Ancaq rəsmi mənbələrdə Əli Nağıyevin adına rast gəlmək olmur.
Sabunçu Rayon Polis İdarəsində bu işə baxan müstəntiq bildirdi ki, bütün izahatlar alındıqdan sonra, "Tornado-Ş" MMC-nin əməkdaşları barəsində xuliqanlıq, vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılacaq.
"Tornado-Ş" MMC-dən Meydan TV-yə bildirdilər ki, mətbuata cavab verən şəxs məzuniyyətdədir ona görə də heç bir cavab verə bilməyəcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır