Bakıda müharibə iştirakçısının meyiti tapıldı

Bakıda müharibə iştirakçısının meyiti tapıldı
SOSİAL
21:06 09.04.2026
710
Bakıda gənc oğlan evində ölü halda tapılıb.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 24 yaşlı Fəxri Fərhad oğlu Qəhrimanovun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, Fəxri Fərhad oğlu Qəhrimanov İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
OXŞAR XƏBƏRLƏR