Bakıda Mühasiblərin və Auditorların IV Avrasiya Forumu keçiriləcək

İQTİSADİYYAT
15:40 12.08.2013
2269

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası tərəfindən, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatası ilə birgə əməkdaşlıq çərçivəsində 2013-cü il 26-28 sentyabr tarixlərində Azərbaycanda“ Daxili nəzarət və Risklərin idarə olunması” mövzusunda Mühasiblərin və Auditorların IV Avrasiya Forumu keçiriləcək.

AZXEBER.COM-un məlumatına görə, forumun təşkilində əsas məqsəd şəffaflığın artırılmasında daxili nəzarətin rolu və risklərin idarə olunmasının əhəmiyyəti sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, daxili nəzarətə dair qanunların icra mexanizmlərini təkmilləşdirməklə bağlı konkret əməli təkliflər irəli sürmək, bu sahədə beynəlxalq standartların tətbiqi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarətdir.

Məlumat üçün bildirmək istərdik ki, ilk dəfə olaraq APFM tərəfindən Azərbaycanda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən Mühasiblərin və Auditorların 1-ci Avrasiya Forumu keçirilmişdir və APFM Forumunun Azərbaycanda rəsmi koordinatoru kimi bu ənənəni davam etdirərək, 2008 və 2011-ci illərdə də respublika əhəmiyyətli belə bir möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsinə nail olmuşdur.

İştirakçı ölkələr arasında Azərbaycan, Türkiyə, Böyük Britaniya, Amerika ,Kanada, Rusiya Federasiyası, Rumıniya, Çex Respublikası, Slovakiya, Polşa, Fransa, Latviya, Litva, Ukrayna, Kazakhstan, Özbəkistan, Gürcüstan, Hindistan və s.ölkələri qeyd etmək olar.

OXŞAR XƏBƏRLƏR