Ötən gecə Bakıda ağır yol qəzası baş verib.
AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə gecə saat 02 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü Vasif Aslanov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən 1963-cü il təvəllüdlü Samir Rzayevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Bildirilib ki, qəzada həyatını itirən piyada musiqiçi olub. S.Rzayev tanınmış sintezator ifaçılarından imiş.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.











































