Bakıda naməlum kişi meyiti tapılıb.
“Report”un məlumatına görə, Nizami rayonu Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, 23 ünvanında, 45-50 yaşlarında üzərində zoraklıq əlamətləri olmayan naməlum kişi meyiti aşkar olunub.
Meyit ekspertiza olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.