Bakıda narkotik alverçisinə qarşı əməliyyat — ANBAAN VİDEO

Bakıda narkotik alverçisinə qarşı əməliyyat — ANBAAN VİDEO
SOSİAL
11:51 13.01.2026
298
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat tədbiri zamanı satış məqsədilə narkotik əldə etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 52 yaşlı Zaur Ələsgərovun üzərindən və yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb. Belə ki, ondan ümumilikdə 6 kiloqram marixuana, 470 qram tiryək və 355 qram metamfetamin maddəsi aşkar olunub.

Araşdırmalar zamanı saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə etdiyini etiraf edib.
 

OXŞAR XƏBƏRLƏR