xari

Bakıda narkotik becərən şəxs saxlanılıb

KRİMİNAL
18:13 17.03.2021
248
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyat zamanı narkotik vasitələrin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Rasim Ağayev Türkan qəsəbəsi ərazisində saxlanılıb.

Onun yaşadığı evin həyətinə baxış zamanı 66 ədəd ümumi çəkisi 5 kiloqram 490 qram əkilib-becərilməsi qadağan edilən çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bu ilin yanvar ayında əkdiyini və aqrotexniki qaydada xüsusi qulluq edərək yetişdirdiyini bildirib. Rasim Ağayev çətənə kollarını həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə əkdiyini qeyd edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Xəzər RPİ-nin İstintaq Şöbəsində zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR