xari

Bakıda narkotik satan şəxsdə 2 kq heroin aşkarlandı

KRİMİNAL
13:35 12.03.2021
248
Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Elgün Həsənov tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, onun üzərindən 2 büküm, yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan çox heroin aşkar edilib. E.Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Səbail RPİ-də Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.

E.Həsənovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR