Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir
SOSİAL
17:44 08.02.2022
257
Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən əldə düzəldilmiş partladıcı qurğulara qarşı tədbirlər (C-IED) mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən xəbərə görə, kursda dinləyicilərə NATO-nun əldə düzəldilmiş partlayıcı qurğulara qarşı tədbirlər zamanı birgə fəaliyyətlərlə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub.

Mövzuya dair fikir mübadiləsi aparılıb, praktiki qrup çalışmaları yerinə yetirilib.
OXŞAR XƏBƏRLƏR