Bakıda nazirliyin qurumu qarət edildi

Bakıda nazirliyin qurumu qarət edildi
SOSİAL
12:58 04.10.2021
288
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bakı şəhəri üzrə 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) oğurluq hadisəsi baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə TSEK-in paytaxtın Nərimanov rayonu ərazisində yerləşləşən binasında qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər TSEK-ə məxsus bir neçə kompüter və printeri oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR