AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, yeni layihə sərnişin və nəqliyyat sıxlığını almağa hesablanıb. ''2025-2030-cu illər üçün Dövlət Proqramı''nda ilk növbədə ''Mehdiabad-28 May '' tramvay xəttinin çəkilməsi planlaşdırılıb. Bunun üçün hətta dəmiryolu stansiyasının tikintisi də nəzərdə tutulub.
Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi tural Orucovun sözlərinə görə, bu tip ictimai nəqliyyat həm də ekoloji cəhətdən təmizdir, uzunömürlüdür, istismar müddəti ən azı 50 ilə qədərdir.
Mütəxəssislər hesab edirlər ki, tramvay ictimai nəqliyyatda yükün bir qismini öz üzərinə götürəcək. Nəzərə alsaq ki, ictimai nəqliyyatda ən böyük problem vaxt itkisidir, tramvay isə rels üzərində, tıxaclardan asılı olmayaraq hərəkət edəcək bu da sərnişinlərin vaxtında mənzil başına çatmasında böyük rolu olacaq.
Tramvay xətləri çəkilərkən, müasir tələblərə cavab verməsi üçün, müəyyən yerlərdə əlavə yol ötürücülərinin, körpülərin, hətta tunellərin tikintisi də istisina edilmir.










































