Bakıda "OBA" marketə basqın: pulları və ərzaqları apardı

Bakıda "OBA" marketə basqın: pulları və ərzaqları apardı
SOSİAL
10:39 25.11.2022
223
Bakıda "OBA" marketə basqın olub.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb. Naməlum bıçaqlı şəxs marketə girərək işçilərə qarşı həyati təhlükəli zor tətbiq etməklə 65 manat pul və 22 manatlıq ərzaq məhsullarını götürüb.

Faktla bağlı Binəqədi rayon Polis Şöbəsində cinayət işi başlanıb, Mirzəyev Ramin Elman oğlu şübhəli qismində saxlanılıb.
OXŞAR XƏBƏRLƏR