Bakıda odlu silahla qətl törədən şəxs tutuldu: Mərhumun yaxın qohumu imiş

KRİMİNAL
10:14 11.12.2021
1309
Bakı şəhərində baş vermiş qətl hadisəsinin üstü açılıb. 

Bu barədə AZXEBER.COM--a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, dekabr 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb. 

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs "isti izlərlə” yaxalanıb. 

Bu, mərhumun yaxın qohumu – qaynı Taryel Qurbanovdur. 

T.Qurbanov istintaqa təhvil verilib. 

OXŞAR XƏBƏRLƏR