Bakı şəhərindəki "Demirchi Tower" biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.
Silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, "Vinçester" tüfəngindən açılan atəşlə öldürülüb.
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.
///APA