“Bakıda olan təhlükəsizlik heç Avropada yoxdur” - İngilis deputat

“Bakıda olan təhlükəsizlik heç Avropada yoxdur” - İngilis deputat
SİYASƏT
16:42 29.05.2019
3787
Azərbaycana gəlməmişdən əvvəl bəzi insanlar buradakı təhlükəsizlik məsələsindən narahat ididlər. Ancaq Bakıda vəziyyəti öz gözümlə gördükdən sonra tamam fərqli bir situasiya ilə üzləşdim.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, bunu ingiltərəli parlamentari, Avropa Parlamentinin deputatı Netan Gill Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, burada Azərbaycan xalqının necə sülhsevər xalq olduğunun şahidi olub:
 "Burada  təhlükəsizliyin şahidi oldum. Təhlükəsizliyin olduğu üçün Bakıda xeyli xarici turistlərə rast gəldim. İnsanlar ailəlilikcə, öz övladları ilə  şəhrədə rahat gəzirdirlər. Mən dünən (mayın 28-da) Milli Parkda oldum orada insanların necə qələbəlik formasında gəzdiyinin şahidi oldum. Bu, çox sevindirici hal idi. Hansı ki, belə qələbəliyə Avropanın böyük şəhərlərində şahid olmaq mümkün deyil. 

Təhlükəsizlik, terrola bağlı olaraq Avropa şəhərlərində belə insan qələbəliyinə şahid ola bilməzsiniz. Ona görə də Böyük Britaniyaya döndükdən sonra oradakı insanlara Bakıdakı vəziyətlə bağlı geniş bilgi verəcəm və insanları Azərbaycana turist kimi səfər etmələrini və hər şey öz gözləri ilə görməyi tövsiyə edəcəyəm", - ingiltərəli deputat bildirib.
OXŞAR XƏBƏRLƏR