Bakıda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşır

İQTİSADİYYAT
13:15 26.06.2023
843
Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 172,4 manat təşkil edib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,9 % artıb.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 % artaraq 913,9 manata çatıb.

OXŞAR XƏBƏRLƏR