"Bakıda orta aylıq əməkhaqqı 1200 manata yaxınlaşıb" - Statistika İdarəsi

İQTİSADİYYAT
15:10 16.08.2023
391
Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 177,3 manat olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə report-a Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,5 % çoxdur.

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı il ərzində 11,5 % artaraq bu ilin I yarısında 921,9 manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR