Bakıda orta yaşlı kişidən evə gec gələn arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT

Bakıda orta yaşlı kişidən evə gec gələn arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT
SOSİAL
10:25 11.07.2022
758
Bakının Xəzər rayonunda 1969-cu il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində həyat yoldaşı Leylaya (adlar şərti verilib - red.) xəsarət yetirib. 

AZXEBER.COM Demokrat.az-a istinadən bildirir ki, hadisə bu ilin martın 3-də baş verib. 
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
 
O bildirib ki, təqsirli bilərək 2003-cü ildə ailə Leyla həyatı qurub və bir oğlan övladları var: "Yaşadığımız müddət ərzində həyat yoldaşımın mobil telefonu söndürülmüş olduğu üçün dəfələrlə aramızda münaqişələr olub. Lakin həyat yoldaşımı döyməmişəm".

Vüqar qeyd edib ki, martın 3-də, axşam saat 19.10-da həyat yoldaşı işdən çıxdıqdan sonra ona dəfələrlə zəng etsə də, onun telefonu məşğul olduğu üçün əlaqə saxlaya bilməyib: "Bir müddət sonra yenidən həyat yoldaşıma zəng etsəm də, onun mobil telefonu söndürülmüş olduğu üçün iş yerinə gəldim. Marketdə işləyən qadınlardan biri həyat yoldaşımın saat 19.00-da iş yerindən getdiyini bildirdi. Yenidən həyat yoldaşıma zəng etdim. Həyat yoldaşım "Məryəm" gözəllik salonunun yanı ilə evə gəldiyini dedi. Yol kənarında onunla qarşılaşdım. Harada olduğunu soruşdum. Həyat yoldaşım ayaqqabı mağazasından gəldiyini bildirdiyi üçün aramızda sözlə mübahisə yarandı. Bundan sonra yaşadığımız evə gəldik".

Təqsirləndirilən şəxs bildirib ki, evdə olduqları zaman həyat yoldaşı onu görmək istəmədiyini və ona nifrət etdiyini deyib: "Bu səbəbdən aramızda mübahisə baş verdi. Onun sifət nahiyyəsindən və bədəninin müxtəlif nahiyyələrindən vurdum". 

Xəzər rayon Məhkəməsinin hökmü ilə Vüqar 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 

Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
21:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
21:37 23.08.2026
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
21:25 23.08.2026
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
21:13 23.08.2026
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir