Bakıda orta yaşlı kişini avtomobil vurdu

Bakıda orta yaşlı kişini avtomobil vurdu
SOSİAL
10:08 30.09.2017
1106

Bakının Xətai rayonunda orta yaşlı kişini avtomobil vuraraq ona ağır xəsarət yetirib.

Hadisə 45 yaşlı Süleymanov Cavanşir İbrahim oğlu Əhmədli qəsəbəsində, Məhəmməd Hadi küçəsində yolu keçmək istəyən zaman baş verib. Onu minik avtomobili vurub.
Sürücünün köməkliyi ilə yaralı xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

///report

OXŞAR XƏBƏRLƏR