Bakıda oğru götürdüyü televizorla birgə özünü 5-ci mərtəbədən yerə atdı - FOTO

Bakıda oğru götürdüyü televizorla birgə özünü 5-ci mərtəbədən yerə atdı - FOTO
SOSİAL
09:40 05.06.2022
1280
Bakıda oğurluqda şübhəli bilinən kişi özünü yaşayış binasının 5-ci mərtəbəsindən yerə atıb.

AZXEBER.COM "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. 1980-ci il təvəllüdlü Məcidov Nofəl Namaz oğlu Faiq Yusubov küçəsində yaşayış binasından televizor oğurlamaq istəyərkən qonşular onu görüb. N.Məcidov televizorla birgə özünü 5-ci mərtəbədən yerə atıb.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR