Bakıda oğru qrupun daha bir üzvü saxlanıldı

Bakıda oğru qrupun daha bir üzvü saxlanıldı
SOSİAL
16:19 13.08.2018
2652
Bakıda mağazaya basqın edən qrupun daha bir üzvü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Nərimanov rayonu ərazisindəki mağazalardan birinə gələrək mağaza sahibini yumruqla vurub kassadakı 1000 manat pulu aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Lənkəran rayon sakini Rasim Bəşirzadə saxlanılıb.
OXŞAR XƏBƏRLƏR