Bakıda oteldə faciə - Ərəb turist öldü

Bakıda oteldə faciə - Ərəb turist öldü
SOSİAL
10:35 08.08.2018
7426
Bakıda ərəb turist dünyasını dəyişib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

İraq vətəndaşı, 1967-ci il təvəllüdlü Ammar Ali Abed Al-Juvoorin Nərimanov rayonu ərazisindəki "Caspian Bussines" otelində vəziyyəti pisləşib.

O, təcili yardımla Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, orada ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR