Bakıda daha bir qətl törədilib.
Lent.az-ın məlumatına görə, aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 78 yaşlı Lidiya Avşarovnanın üzərində döyülmə üçün xarakterik olan meyiti mənzilində tapılıb.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı oğlu İqor Avşarov tutulub.
Araşdırma aparılır.