Bakıda oğurluq edən tələbə qrup yoldaşlarına salam göndərdi - VİDEO
13:25 19.03.2013
3951
Ötən ilin iyul ayında Xətai rayonu Neapol küçəsi, ev 5, mənzil 6 ünvanında yaşayan Qızılgül Əliyevanın mənzilinə daxil olaraq, zor tətbiq etməklə qadının 35 min manatdan artıq pulunu, 2 min ABŞ dollarını və 30 min manat dəyərində qızıl-zinət əşyalarını, o cümlədən mənzildə olan 3 ədəd mobil telefonunu oğurlayan Orxan İsmayılzadə və Rüfət Əliyev rayonun 34-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.APA TV-nin məlumatına görə, istintaq hərəkətləri nəticəsində müəyyən olunub ki, saxlanılan şəxslər 35 min manatdan çox pulu 3 ayda xərcləyib, daha sonra şirniklənərək, yeni cinayətlərə əl atıblar.Onların müxtəlif vaxtlarda quldurluq, soyğunçuluq və oğurluq törətməklə vətəndaşlara külli miqdarda ziyan vurması ehtimal olunur. Faktla bağlı Cinayət Məcəlləsinin 181 və 315-ci maddələri ilə istintaq aparılır.