Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var

Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var
SOSİAL
10:14 21.08.2026
301
Bakının Suraxanı rayonunda ov silahı ilə insident törədilib.

Hadisə avqustun 20-si saat 22 radələrində Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

44 yaşlı Ceyhun Aşrafov münaqişə zəminində ov tüfəngindən atəş açaraq 43 yaşlı Taleh adlı şəxsə xəsarət yetirib. O xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən C. Aşrafov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///lent///
OXŞAR XƏBƏRLƏR