Bakıda paltar asarkən 6-cı mərtəbədən yıxılan 17 yaşlı qız vəfat etdi

Bakıda paltar asarkən 6-cı mərtəbədən yıxılan 17 yaşlı qız vəfat etdi
SOSİAL
16:57 04.07.2021
2110
Bakıda 17 yaşlı qız binanın altıncı mərtəbəsindən yıxılaraq ölüb. 

AZXEBER.COM xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Binanın 6-cı mərtəbəsində paltar asan 2004-cü il təvəllüdlü Məmmədova Aytac Fərid qızı müvazinətini itirib və yerə düşüb.

Ağır durumda olan A. Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR