Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Seyidzadə küçəsində yerləşən və hazırda təmir işlərinin getdiyi parkda qeydə alınan hadisə zamanı 25 yaşlı Kazımov Elmixan Musa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən müayinə olunan zaman Elmixan Kazımovun bədəninin müxtəlif nahiyyələrində çoxsaylı bıçaq xəsarətlər aşkar edilib və o, dərhal əməliyyat edilib.Faktla bağlı isə Nəsimi rayon polis idarəsi və 19-cu polis bölməsinə məlumat verilib. Hazırda zərərçəkənə bıçaq xəsarəti yetirən şəxsin tutulması istiqamətində axtarışdar davam etdirilir.