Bakıda parkda 3 kq-a yaxın nərə kürüsü aşkarlandı

Bakıda parkda 3 kq-a yaxın nərə kürüsü aşkarlandı
SOSİAL
15:15 13.09.2018
2608
Səbail rayonu ərazisində yerləşən parkda bir qrup şəxsdən 2,5 kiloqram nərə balığının kürüsü götürülüb.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə sentyabrın 12-də Səbail rayonunun Xəqani küçəsində yerləşən parkda Masallı rayon sakini Eynulla Ağayev, Bakı şəhər sakinləri Rüfət Ağayev və Tahir Məmmədovdan 2,5 kiloqram nərə balığının kürüsü götürülüb.
OXŞAR XƏBƏRLƏR