Bakıda "patı" satan ana və oğlu saxlanıldı - FOTO

Bakıda "patı" satan ana və oğlu saxlanıldı - FOTO
KRİMİNAL
14:57 03.08.2021
1060
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramana qəsəbəsində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni "patı”nın satışı ilə məşğul olan 2 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini olan Dövlətəli Xudaverdiyev saxlanılıb. Onun üzərindən 86 qram heroin və 27 qram metamfetamin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində anası ilə birgə Ramana qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Dövlətəli Xudaverdiyevlə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan anası paytaxt sakini Mahirə Cavadova da tutularaq istintaqa təqdim edilib.

Polis Şöbəsində üzərinə baxış zamanı ondan 605 qram heroin, 3 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Mahirə Cavadova aşkar edilən narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını və hazır bükümlər şəklində qablaşdıraraq satışını həyata keçirdiyini bildirib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əməkdar artist Prezidentin onun mahnısını dinləməsindən danışdı
14:14 12.05.2025
Əməkdar artist Prezidentin onun mahnısını dinləməsindən danışdı
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
14:14 12.05.2025
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
14:11 12.05.2025
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
14:00 12.05.2025
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
13:55 12.05.2025
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
13:46 12.05.2025
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
13:42 12.05.2025
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
Elnarə Abdullayeva da qalmaqala qoşuldu: "Məni heç kim məşhur etməyib"
13:39 12.05.2025
Elnarə Abdullayeva da qalmaqala qoşuldu: "Məni heç kim məşhur etməyib"
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi
13:36 12.05.2025
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi
Balaca Elxan təcili əməliyyat olunmalıdır - FOTO - VİDEO
13:30 12.05.2025
Balaca Elxan təcili əməliyyat olunmalıdır - FOTO - VİDEO
"Gözlənilməz hadisələrə hazırlıqlı olun" - Astroloqdan XƏBƏRDARLIQ
13:22 12.05.2025
"Gözlənilməz hadisələrə hazırlıqlı olun" - Astroloqdan XƏBƏRDARLIQ
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
13:18 12.05.2025
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
Enerji içkiləri gənclər üçün təhlükəlidir – Mütəxəssislər həyəcan təbili çalır
13:16 12.05.2025
Enerji içkiləri gənclər üçün təhlükəlidir – Mütəxəssislər həyəcan təbili çalır
Azər Türk Bank ətraf mühitə olan öhdəliyini gücləndirir: 10 milyon dollar depozit təşəbbüsü
12:48 12.05.2025
Azər Türk Bank ətraf mühitə olan öhdəliyini gücləndirir: 10 milyon dollar depozit təşəbbüsü
İyunda da 13 gün evdəyik
12:32 12.05.2025
İyunda da 13 gün evdəyik
Sərxandan prodüserin ünvanına sərt tənqid: "Cibinə 20 min qoymaqla prodüser olunmur"
12:30 12.05.2025
Sərxandan prodüserin ünvanına sərt tənqid: "Cibinə 20 min qoymaqla prodüser olunmur"