Bakıda piyada keçidində dəhşətli qəza - VİDEO +18

SOSİAL
12:30 03.03.2020
4027
Bakıda nizamlanmayan piyada keçidindən qaçaraq keçən kişini avtomobil vurub.

AZXEBER.COM "avtosfer.az”a istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib. Belə ki, nizamlanmayan piyada keçidindən qaçaraq keçən kişini "Mercedes" markalı avtomobilin sürücüsü vurub. Sürücü son anda sükanın istiqamətini qaçırmağa çalışsa da qəzadan xilas ola bilməyib.

Hadisəni şəhr edən ekspert Elməddin Muradlı hesab edir ki, burada əsas günah sürücüdə olsa da piyada məsuliyyətsizliyi də var.

"Diqqətlə baxsanız, görərsiniz ki, piyada yolu keçən zaman həm qaçır, həm də avtomobilin gəldiyi istiqamətə baxmır. Eyni zamanda sürücü də piyada keçidinə yaxınlaşan zaman sürəti azaltmır.

Çünki onun piyadanı görməsi üçün kifayət qədər məsafəsi olub. Amma sürət yüksək olduğu üçün avtomobili saxlaya bilməyib".

Bakı Şəhər Dövlət Yol polisi İdarəsinin bölmə rəisi, polis Polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, nizamlanmayan piyada keçidlərində sürücülər piyadalara yol verməlidir.

"Təəssüf ki, çox zaman sürücülər bu qaydanı pozur. Nəticədə ağır fəsadlara səbəb olan qəzalar baş verir. Eyni zamanda piyadalar da diqqətli olmalıdırlar.

Qanunvericiklikdə də deyilir ki, piyada avtomobilin ona yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidir".
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:57 04.06.2020

Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA

18:49 04.06.2020

"Bir ana, bir azərbaycanlı və Milli Məclisin Sədri olaraq xahiş edirəm..." - Sahibə Qafarova

18:42 04.06.2020

ÜST: Azərbaycan bütün hallarda digər ölkələr üçün nümunədir

18:41 04.06.2020

Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ

18:28 04.06.2020

Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı

18:23 04.06.2020

Bu gündən Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı

18:20 04.06.2020

ÜST rəsmisi Azərbaycanda yoluxmanın artmasının səbəbini açıqladı

18:08 04.06.2020

Daxili və xarici uçuşların bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA

17:49 04.06.2020

TƏBİB sədri özəl qurumlara müraciət etdi: İşçiləri 14:00-da buraxın!

17:47 04.06.2020

Başqa xəstəliklərdən ölənlərə pulla koronavirus arayışı verilir? OPERATİV QƏRARGAHDAN CAVAB

17:39 04.06.2020

Jurnalistlər həftə sonları necə işləyəcək? - RƏSMİ AÇIQLAMA

17:37 04.06.2020

Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

17:35 04.06.2020

Qadağa günlərində insanlar dərmanı necə alacaq? - RƏSMİ CAVAB

17:22 04.06.2020

Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı - RƏSMİ

17:21 04.06.2020

TƏBİB sədri: "Həftəsonları qadağanın tətbiqi yetərli deyil"

17:19 04.06.2020

Şəhriyar Məmmədyarov “AccessBank”ın depozit kampaniyasının simasıdır