Bakıda piyada vuruldu, yolda sıxlıq yarandı

SOSİAL
22:26 12.09.2024
257
Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qəza səbəbindən Musabəyov parkı istiqamətində sıxlıq yaranıb. Yolda hərəkət intensivliyini artırmaq və sıxlığın aradan qaldırılması məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qeyd olunan istiqamətdə svetoforlara "yaşıl dalğa” rejimi tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR