Bu gün səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət almışdır.
DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, o, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilmişdir.
Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.