Bakıda polis əməkdaşları qəzaya düşdülər

SOSİAL
16:20 16.05.2016
1774
Bakıda polis əməkdaşlarının olduğu avtomobil qəzaya düşüb.
AZXEBER.COM report-a istinadən bildirir ki, Qaradağ rayonunun Müşviqabad qəsəbəsində 1987-ci il təvəllüdlü Ruslan Nuriyevin idarə etdiyi "Fiat Doblo" markalı avtomobil Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Rövşən Əzimovun idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşub.
Nəticədə R.Nuriyev bel nahiyəsindən, onun sərnişini, 1989-cu il təvəllüdlü Elnar Aydınov baş nahiyəsindən xəsarət alıblar.
"Fiat Doblo" markalı avtomobilin sərnişinləri polis serjantlarıdırlar.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR