Bakıda polis qəzaya düşdü

Bakıda polis qəzaya düşdü
SOSİAL
12:37 04.09.2017
1461

Bakıda polis avtomobili qəzaya düşüb.

Hadisə paytaxtın Bakıxanov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, Sərdar İsgəndərovun idarə etdiyi "Mercedes" markalı avtomobil Nəsimi rayon Polis İdarəsinə məxsus, polis nəfəri Xəlil Allahverdiyevin idarə etdiyi "Fiat Doblo" markalı maşınla toqquşub.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

///apa
OXŞAR XƏBƏRLƏR